Cəmiyyətdə qadın menecerin rolu | Banco.az

Cəmiyyətdə qadın menecerin rolu

07 mart 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib.

ABA-dan banco.az-a verilən məlumata görə, tədbirin məqsədi cəmiyyətdə qadın menecmentinin rolunun qiymətləndirilməsi və daha da artırılması olub. Maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri tədbirin qonaqları olub.

Tədbiri giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev açıb. Zakir Nuriyev qonaqları salamlayaraq bank sektorunda qadınların rolundan və əhəmiyyətindən danışıb.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra tədbirin spikerləri təqdimatla çıxış ediblər. Əvvəlcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Cəmiyyətdə qadının rolu” mövzulu təqdimatla çıxış edib. Daha sonra isə “Kapital Bank” ASC-nin İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova “Uğura aparan yol, bunun üçün kimə minnətdaram” mövzusu ilə təqdimatı davam etdirib. Növbəti spiker həkim psixiatr, biznes-konsultant Həlimə Qəmərlinskaya “Həyat və iş balansı” mövzulu təqdimatıyla qonaqlara həyat və iş balansı haqqında  məlumat verib. “Qadın olaraq peşəkar inkişafımda hansı dəstəyə ehtiyacım var” mövzulu təqdimatla çıxış edən “100 Business Women” və “Red Communications” təşkilatlarının rəhbəri Tatyana Mikayılova öz çıxışında qadınların cəmiyyətdəki mövcud mövqeyindən və əslində olmalı olan mövqeyindən bəhs edib. Sonda isə “Rabitəbank” ASC-nin İdarə Heyətinin Sədrinin müavini Elşən Bədirxanov “Cəmiyyətdə qadın menecerin rolu” mövzusunda təqdimat edib.