Yalnızca 4 bank Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunda 1000-dən artıq ipoteka kreditini təkrar maliyyələşdirib.
Azərbaycan İpoteka Fondundan verilən məlumatda qeyd olunur ki, 2014-cü il 1 iyul tarixinə əsasən, fond tərəfindən AG Bank ASC - 1160, Xalq Bank - 1134, Bank Standard - 1122, DemirBank isə 1034 kredit üzrə maliyyələşmə əldə edib.
"Ümumilikdə, fond tərəfindən 487,461 mln. manat məbləğində 15031 ipoteka krediti maliyyələşdirilib", məlumatda qeyd olunur.
Məlumat üçün qeyd edək ki, maliyyələşdirmənin 35,4%-i (186 mln. manat) dövlət büdcəsindən ayrılıb. 64,6% (340 mln. manat) isə ipoteka istiqrazlarının buraxılışı hesabına cəlb olunub.
Onu da nəzərinizə çatdıraq ki, ipoteka kreditləşməsinin Azərbaycan İpoteka Fondunun standartları üzrə həyata keçirilməsinə 2006-cı ildən başlanılıb.
Sevinc İbadova/Banco.az