Cəmi 3 Sualdan İbarət Dünyanın Ən Qısa IQ Testi | Banco.az

Cəmi 3 Sualdan İbarət Dünyanın Ən Qısa IQ Testi

Cəmi 3 sualdan ibarət olan dünyanın ən qısa IQ testi.

Daha əvvəl zəkanızı test etmək istəmisiz ancaq saatlarla sual həll etmək sizə uyğun gəlməyibsə tam size uyğun bir testimiz var. Dünyanın ən qısa IQ testi sadəcə üç sadə riyaziyyat sualından ibarətdir. Yenə də bu ‘sadə’ testi edən insanların 80%’indən çoxu testdəki sualların hamısını uğurla tamamlaya bilmir.

Bu test yeni bir test olmasa da 2005 ilində professor Shane Frederick tərəfindən hazırlanıb.

Araşdırmanın bir parçası üçün fərqli təhsil həyatları keçirmiş 3 min insanı toplayan professor Frederick, Yale və Harvard kimi Amerikanın ən öndəgedən universitetindəki tələbələrin belə testdə səhv cavablar verdiyini gördü.

Testə qatılan 3 min insandan sadəcə 17%i üç sualın üçünə də doğru cavab verə bilib. İndi isə sıra sizdədir.

Suallar:

1. Bir beyzbol çubuğu və beyzbol topu toplamda 1,10 manata satılır. Çubuğun qiyməti topdan 1 manat çoxdur. Topun qiyməti nə qədərdir?

2. Beş maşın, beş dəqiqədə beş ədəd detal istehsal edə bilirsə 100 maşının 100 ədəd detal istehsal etməsi nə qədər vaxt alar?

3. Göldə bir zanbaq yarpağı var. Bu zanbaq yarpağı, hər gün öz ölçüsünün iki qatı böyüyür. Zanbaq yaprağının bütün gölü 48 günə tutursa gölün yarısını tutmağı neçə gün çəkər?

Cavablar:

1. 10 qəpik

2. 100 dəqiqə

3. 24 gün

Çox asan oldu deyirsinizsə, sevinməyin

Ən sərfəli kredit üçün müraciət et

Doğru cavablar:

1. 5 qəpik

2. 5 dəqiqə

3. 47 gün

 

Necə sualını verən oxuyucularımız üçün həllər:

1. Topun qiyməti X olsun. Çubuq da X+1 qiymətə satılır. Yəni çubuq və topun qiymətinin toplamı X+(X+1)’dır. Bu da 1,1 manat (1 manat 10 qəpik) edir. Mötərizəni açdığımız zaman 2X+1=1,1 olur. İki tərəfdən də 1 çıxartdığımızda 2X=0,10 manat olur. Yəni X olan topun qiyməti 5 manat edir.

2. Beş maşının beş dənə detalı hazırlaması beş dəqiqə çəkirsə bir maşının bir detalı hazırlaması da beş dəqiqə çəkər. 100 maşınınız bərabər çalışırsa bir maşının bir detalı hazırlaması beş dəqiqə çəkəcəyi üçün 100 detalın hazırlanması beş dəqiqə çəkər.

3. Əlimizdə hər gün öz böyüklüyünün iki qatına çıxan bir zanbaq yarpağı var. Başqa sözlə desək, bu yarpaq bir sonrakı gün iki qat daha böyük olanda bir əvvəlki gün də yarı ölçüsünə düşür deye bilərik. Bu səbəblə 48. günde bütün gölü tutan zanbaq yarpağı, 47. gündə gölün yarısını tutmuş olacaq.

Birbiznes.com

Ən sərfəli krediti almaq üçün müraciət et