Çek və onun növləri | Banco.az

Çek və onun növləri

Çek - üzərində qeyd olunmuş məbləği çekalana ödəmək üçün çekverənin banka yazılı tapşırığıdır.

Müəyyən edilmiş formaya malik olan, çekverənin ödəyiciyə, çekdə göstərilən pul məbləğinin çek sahibinə ödənilməsi barədə heç nə ilə şərtləndirilməyən, yazılı sərəncamından ibarət ödəniş və hesablaşma funksiyasını yerinə yetirən qiymətli kağızdır.

Bankda və ya digər kredit təşkilatlarında hesabı olan şəxsin həmin banka, yaxud kredit təşkilatına onun hesabında olan pul vəsaitinin bir hissəsinin və ya bütünlüklə başqa şəxsin hesabına köçürülməsi, eləcə də, nağd ödəniş şəklində başqa şəxsə, yaxud özünə verilməsi barəsində tapşırığın əks olunduğu qiymətli kağız.

Qiymətli kağızın bir növü kimi çek özündə aşağıdakı məlumatları əks edir:

  • Sənədin üzərində onun çek olduğunu təsdiq edən “çek” sözü;
  • Ödənişi həyata keçirən subyektin (bankın və.s - nin) və hesabın adı;
  • Ödəniş barəsaində tapşırıq verilmiş pul vəsaitinin məbləği;
  • Çeki təqdim edən tərəfin rəsmi tapşırığını təsdiq edən imza;
  • Ödəniş aparıldığı valyuta və.s.

Çek məhdud zaman müddətində (adətən 10 gün müddətində) qüvvədə olur. Yəni tapşırıq alan tərəf çekin icrasını həmin müddət ərzində həyata keçirməlidir.
Alqı-satqı münasibətləri zamanı kassa mədaxilini təsdiq edən sənəd kimi isə çek alqı-satqı münasibətlərinin həqiqiliyini sübuta yetirir və maliyyə, o cümlədən vergi nəzarətinin bir aləti kimi çıxış edir.

Ən sərfəli kredit üçün müraciət et

Çekin növləri:

  • Hesablaşma çekləri - Hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan orderli çekdir
  • Bank çeki - Bir bankın başqa banka banklararası hesablaşmaların aparılması üçün təqdim etdiyi orderli çekdir.
  • Pul çeki - Müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan orderli çekdir.
  • Yol çeki  - Bir məntəqədə verilmiş çekdə imza nümunəsi göstərilən çek sahibinə, çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdlaşdırılan çekdir. Yol çeklərinin ödənilməsi sahibinin imzası əsasında çekin emitenti, onun filialı və yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən həyata keçirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et