Cek Manın qayıtması ilə "Alibaba"nın səhmləri bahalaşıb | Banco.az

Cek Manın qayıtması ilə "Alibaba"nın səhmləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cek Manın yenidən peyda olması “Alibaba” şirkətinin səhmlərini bahalaşdırıb.

Banco.az xəbər verir ki, “Alibaba” şirkətinin səhmləri təsisçi Cek Manın bir ildən sonra Çinə qayıtması xəbəri ilə Honkonq birjasında 5 faizdən çox bahalaşıb.

Ölkənin yerli mətbuatının yaydığı xəbərə görə, Çinin ən böyük özəl bizneslərindən birinin sahibi kimi tanınan “Alibaba”nın qurucusu Cek Ma bir ildən çox çəkən xarici səfərini başa vurub. 

Xatırladaq ki, ötən ilin oktyabr ayının 24-də Şanxayda Çinin maliyyə sistemini tənqid edən çıxışından sonra Cek Manın heç vaxt ictimaiyyət qarşısına çıxmaması ölkənin ikinci ən zəngin adamının taleyi ilə bağlı suallar yaratmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et