“Caspian Development Bank (CDB)” ASC 2016-cı ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb.
Bankın rəsmi web saytında dərc olunan “Balans Hesabatı”na əsasən aktivlərinin həcmi məlum olub. Cari ilin üçüncü rübündə CDB Bankın aktivləri 124 mln 503 min manat təşkil edib. İkinci rüb ilə müqayisədə isə bu göstərici 4 mln 420 min manat artım olub.
Keçən ilin yekununda isə bankın aktivlərinin həcmi 129 mln 60 min manat olub.
Sözügedən dövrdə bankın kredit portfeli 6,8% artaraq 114 mln 640 min manat təşkil edib.
2016-cı ilin 3-cü rübündə “Caspian Development Bank” ASC-də yerləşdirilən depozitlərin həcmi birinci rüb ilə müqayisədə 6,4%, ikinci rüb ilə müqayisədə isə 3,9% artaraq 34 mln 110 min manat olub.
Bankın bu dövrdə kapitalının həcmi 69 mln 657 min manat olub. Bu da 205-ci ilin yekun kapital həcmindən təqribən 11 mln manat çoxdur.
Adı çəkilən dövrdə bankın xalis mənfəəti ikinci rüb ilə müqayisədə təqribən iki dəfə artaraq 10 mln 528 min manat olub. Keçən ilin son rübündə isə mənfəətin həcmi 8 mln 426 min manat olub.
“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank”Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.