“Caspian Development Bank” ASC (“CDB Bank”) müştərilərinə müraciət edib.
Müraciətdə bildirilir ki, Bankın "Atabank" ASC ilə birləşməsi ilə əlaqədar sabahdan başlayaraq mayın 30-na qədər plastik kartlarla aparılan əməliyyatlarda problemlər yarana bilər.
Xatırladaq ki, iki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.
Mənbə: Report.az