"CDB Bank" ilə necə başladı? - HESABAT | Banco.az

"CDB Bank" ilə necə başladı? - HESABAT

"Caspian Development Bank" ASC 2017-ci il martın 31-ə olan maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın açıqladığı məlumata əsasən xəbər verir ki, bankın aktivlərinin həcmi 142 mln. 368 min 280 manata çatıb ki, bu da ötən ilin 4-cü rübü ilə müqayisədə 10% çoxdur.

2017-ci ilin ilk rübündə bankın kredit portfeli 107 mln. 439 min 270 manat manat olub ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 6,38 mln. manat artım deməkdir.

Bankın öhdəliklərinin həcmi 75 mln. 923 min 430 manat təşkil edib ki, bunun da 45 mln. 82 min 880 manatı müştərilər tərəfindən yerləşdirilən depozitlərdir. 

Hesabat dövründə bankın cəmi kapitalı 2016-ci ilin yekunu ilə müqayisədə təqribən 1,4% artaraq 66 mln. 444 min 850 manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bank ötən rübü 652 min 720 manat xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, 2016-cı il 31 dekabr tarixində bankın xalis mənfəəti 8 mln. 597 min 470 manat idi.

“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi  Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir.  24 sentyabr  2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.