"Çay pulu" da kartla ödənilənəcək - AZƏRBAYCANDA YENİLİK | Banco.az

"Çay pulu" da kartla ödənilənəcək - AZƏRBAYCANDA YENİLİK

“Visa” Beynəlxallq ödəmə sistemi Azərbaycanda çay pulunun nağdsız köçürmələri xidmətini istfadəyə verməyi planlaşdırır.

Bu barədə “Visa”nın müştəri məhsulları departamentinin direktoru Roman Qorbenko məlumat verib.

“Bu xidmət hesabına “Visa” kartlarının istifadəçiləri sifarişin ödənişi zamanı çay pulu saxlaya biləcəklər. Ümumi ödəniş (hesab+çay pulu - İF) bir ödənişlə hesabdan çıxılır. Xidmət artıq Moskvada işə salınıb, biz bunu bütün MDB və Cənub-Şərqi Avropa regionu, xüsusilə Azərbaycada istifadəyə verməyi planlaşdırırıq”, - Qorbenko Bakıda keçirilən “VISA Cashless Forum”un da bildirib.Qorbenkonun sözlərinə görə, çay pulu ofisiantın şəxsi elektron cuzdanına yönəldilir. “Çay pulunu nadsız üsulla əldə etmək üçün ofisiantlar öz banklarının şəxsi kabinetlərində “çay pulu”xidmətinə qoşula bilərlər və yaradılan elektron cuzdana öz bank kartlarını birləşdirə bilərlər. Bu xidmətlədən istifadə zamanı dələduzluğun istisna olunması məqsədilə çay pulunu yalnız sifarişin məbləğindən müəyyən faiz şəklində saxlamaq mümkündür, müştəri terminalda təkliflərdən birini seçir, maksimal hədd 20%-dir ”, - o əlavə edib. 

Ən sərfəli kredit üçün müraciət et

İnterfaks

Ən sərfəli krediti almaq üçün müraciət et