Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 5 milyon 340 min dollar dəyərində 586 ton çay ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə məbləğ baxımından 47,4% və ya 4 milyon 813 min dollar, həcm baxımından isə 63,9% azdır.
Hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 9 112 dollara bərabər olub.
Qeyd ki, cari ilin ilk 10 ayında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.20%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
