Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2023-cü il ərzində 6 milyon 605 min dollar dəyərində 731 ton çay ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə məbləğ baxımından 42.6% və ya 4 milyon 911 min dollar, həcm baxımından isə 58.9% azdır.
Hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 9 min 35 dollara bərabər olub.
Qeyd ki, ötən il çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 0.20%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!