“Dəmir yollarında da qiymətlər qalxacaq”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, millət vəkili Cavid Qurbanov deyib.
Qurum rəhbəri qeyd edib ki, QSC hər ay işığa görə 1 milyon 300 min manat pul ödəyir.
O, vurğulayıb ki, elektrik enerjisinin qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı olacaq.
Mənbə: Report.az