"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır

"Caspian Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 5 milyon manat və yaxud 2 dəfə azaldaraq 10 milyon manatdan 5 milyon manata endirdiyini elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti xəbər verir.

Məlumata görə, bu, Cəmiyyətin balansından sözügedən dəyərdə daşınmaz əmlakın çıxarılması hesabına baş tutacaq.

Xatırladaq ki, "Caspian Finance" 2022-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 90 % payla Bənövşə Məmmədova, hər biri 5 % payla Məntiq Şahbazov və Ziyafət İsgəndərovadır.