“Caspian Development Bank”ın kapitalı artıb | Banco.az

“Caspian Development Bank”ın kapitalı artıb

“Caspian Development Bank” cari ilin ikinci rüb maliyyə göstəricilərini açıqlayıb. “Balans hesabat”ında göstərilən məlumatlara əsasən bankın aktivləri danışılan dövrdə 120 milyon 083  min man. olub.

Bankın kapitalı keçən ilin yekun göstəricilərinə nisbətən  9,47%, cari ilin birinci rübü ilə müqayisədə isə 0,15% artaraq 64 milyon 636 min man. həcmində olub.

Kredit portfeli isə keçən rüb ilə müqayisədə təqribən 0,79% yəni 838 min man. artaraq 107 milyon 263 min man. olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bankın depozit portfeli isə 32 milyon 817.24  min man. qeydə alınmışdır.

“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank”Kommersiya Bankı kimi  Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir.  24 sentyabr  2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında fəaliyyətini davam etdirmişdir.