“Cashback” faizləri niyə azaldılır? | Banco.az

“Cashback” faizləri niyə azaldılır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bankların müştərilərin diqqətini cəlb etmək üçün ödənişlər müqabilində “Cashback” verməsi  marketinq üsuludur.

Son zamanlarda  2x və üstü “Cashback”  vəd edən bir çox banklar bu strategiyalarında dəyişiklik etməyə başlayıblar.

Bank müştərilərinin ciddi narahatlığına səbəb olan bu vəziyyətlə bağlı iqtisadçı Natiq Kərimli Banco.az-a bildirib ki, qanunvericilikdə  “Cashback”lə bağlı hansısa qərar nəzərdə tutulmayıb:

“Bu, rəqabətli mühit zamanı bankların daha çox müştəri qazanmaq üçün təklif etdiyi cəlbedici üsullardan biridir. İndi burada azalmalar varsa, deməli, həmin bankların “Cashback”lə  bağlı əməliyyat xərcləri artıb. Ola bilər ki bəzi mağaza və şəbəkələrdə əvvəlki anlaşmalar etibarsızdır. Ya da dövriyyə azalıb. İnsanların alıcılıq qabiliyyəti də düşüb. Çox güman  belə bir addımın atılmasına səbəb sadaladığım faktlardır”.

İqtisadçı qeyd etdi ki, banklar arasında  ciddi rəqabətli mühit yaranarsa hər il daha çox cəlbedici təkliflərlə çıxış edib müştəri qazana bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, bankları bu məsələdə ittiham etmək olmaz:

“Cashback” verən debet kart dövriyyəsi banklar üçün o qədər xeyirli deyil. Ola bilsin ki maliyyə imkanları olan banklar bu təklifi saxlaya bilərlər. Amma zəif maliyyə imkanları olan banklar məcbur olub layihəni bağlayacaqlar. Banklar müştərini saxlamaq strategiyası olan bu layihə barədə yenidən il sonu maliyyə qiymətləndirilmələrindən sonra planlarını müəyyənləşdirə bilərlər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et