Cash by Code xidməti göstərən banklar - SİYAHI | Banco.az

Cash by Code xidməti göstərən banklar - SİYAHI

Əgər sizin bank kartınız və ya bank hesabınız yoxdursa və sizə bank vasitəsilə pul göndərmək istəyirlərsə, narahat olmağa əsas yoxdur. Çünki bu zaman sizin köməyinizə bankların təqdim etdiyi Cash by Code xidməti çatacaq.

 

Cash by Code nədir?

«Cash by code»- tez, rahat və təhlükəsiz şəkildə günün istənilən vaxtında kart sahibi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir.

Əgər siz bu xidmətdən pul göndərmək üçün yararlanmaq istəyirsinizsə,

  • Bankomata yaxınlaşırsınız,
  • Kartınızı daxil edirsiniz
  • Bankomatın menyusundan «Cash by Code» ­– «Pul göndər» xidməti seçirsiniz
  • Pul göndərmək istədiyiniz şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edirsiniz.

Əgər siz bu xidmət vasitəsilə pul alan tərəfsinizsə,

  • ATM-in sağ yuxarı düyməsinə basırsınız
  • Birinci sizə pulu göndərən şəxsin verdiyi kodu, daha sonra isə sizə SMS olaraq gələn kodu daxil edirsiniz
  • Bankomatda yalnız gözlənilən məbləği daxil etdikdən sonra vəsaiti əldə edə bilərsiniz.

Məlumatlar düzgün olduğu halda bankomat sizə müvafiq məbləği verəcəkdir. Unutmayın ki, sizə təqdim edilən kod sadəcə 24 saat qüvvədə olacaqdır. 

Cash by Code üzrə bankların müəyyən etdiyi maksimal məbləğ, vəsaitin valyutası və komissyon haqları bir-birindən fərqlənir. Komissyon haqlarına əsasən köçürmə, nağdlaşdırma və konvertasiya üzrə komissyon haqları daxildir. 

Cash by Code xidməti göstərən bankları təqdim edirik.

Cədvəldə bankların öz bankomatlarından edilən Cash by Code əməliyyatı üzrə tariflər qeyd olunmuşdur. Göstərilən qiymətlər Debet kartları ilə edilən əməliyyatlara aiddir. 

Bank

Məbləğ limiti Köçürmə haqqı
Accessbank 5 - 200 AZN

1% - min. 1 AZN

AFB Bank

5.000 AZN 1%

AGBank

500 AZN

0.3% - min. 0,5 AZN

Amrahbank

10 - 1.000

AZN/USD

0,5%, - min. 0,5 AZN

0,5% - min. 0,7 USD

Atabank1

750 AZN/USD

0.4% - min. 0,5 AZN

Bank Avrasiya

Limit yoxdur

1% - min. 0,40 AZN

Bank BTB

Limit yoxdur

1,5% -  min. 0,45 AZN

Bank Respublika2

Limit yoxdur

1% - min. 0,5 AZN

Bank Silk Way

Limit yoxdur

0,4% - min. 1 AZN

Beynəlxalq Bank

10-1.000 AZN

1,15%

Caspian Development Bank

Limit yoxdur

0,5%

Dəmirbank

Limit yoxdur

1% - min. 1 AZN

Expressbank3

1.000 AZN

1%

Kapital Bank

10-1.000 AZN

1%

Muğanbank

Limit yoxdur

1,5% - min.1,3 AZN

NBC Bank

Limit yoxdur

1,5% - min. 0,5 AZN

Nikoil Bank

Limit yoxdur

1,5% - min. 2,50 AZN

Rabitəbank

Limit yoxdur

1,5% - min. 2 AZN

Turanbank

Limit yoxdur

Cirrus/Maestro kartları üzrə 0.3%

MasterCard Gold/Standard kartları üzrə 1%

Unibank

300 AZN

1% - min. 1 AZN

VTB Bank

1.000 AZN

1.5%, min. 2 AZN

Xalq Bank

500 AZN

1%

Ən sərfəli kredit üçün müraciət et

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. Atabank - vasitəsilə köçürəcəyiniz maksimal məbləğ kartınızın növündən asılı olaraq, maksimum 750 AZN/USD və ya 1000 AZN/USD ola bilər.
  2. Bank Respublika-da əmək haqqı və depozit kartlarından məbləğ köçürərkən komisyon haqq tutulmur. 
  3. Expressbank -  vasitəsilə köçürəcəyiniz maksimal məbləğ kartınızın növündən asılı olaraq, maksimum 1000 AZN, 2000  AZN və ya 2500 AZN ola bilər.

Köçürmə zamanı tutulan faiz dərəcəsi başqa bankın bankomatlarında köçürülmə zamanı dəyişə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et