Cash by code
Bankomatlar vasitəsilə pul köçürmələri getdikcə daha da geniş istifadə olunur. Card to Card sistemilə yanaşı, insanlar həm də bankomatların Cash by Code funksiyasından istifadə edərək pul köçürə bilərlər. Card to Card`dan fərqli olaraq Cash by Code vasitəsilə siz pulu kart olmadan əldə edə bilərsiniz.
Bunun üçün sadəcə Cash by Code funksiyası aktiv olan bankomata kartınızı daxil edib PİN-kodu yığırsınız. Daha sonra pulu göndərmək üçün aşağıdakı ardıcıllıqla əməliyyatı davam etmək lazımdır:
- Menyuda Cash by Code seçin
- Köçürəcəyiniz məbləği və valyutanı daxil edin (Maksimal və minimal köçürmə məbləği bankların müəyyən etdiyi limitlərdən asılı olaraq dəyişir)
- Pulu köçürəcəyiniz şəxsin telefon nömrəsini daxil edin
- Nəticədə 2 hissədən ibarət kod formalaşır ki, kodun birinci hissəsi qəbz formasında çap edilir. İkinci hissəsi isə pulu alan şəxsin mobil telefonuna SMS kimi avtomatik olaraq göndərilir.
İndi isə pulu alan şəxsin edəcəyi əməliyyatları nəzərdən keçirək:
- ATM-in sağ yuxarı düyməsinə basın
- Birinci sizə pulu göndərən şəxsin verdiyi kodu, daha sonra isə sizə SMS olaraq gələn kodu daxil edin.
- Bankomatda yalnız gözlənilən məbləği daxil etdikdən sonra vəsaiti əldə edə bilərsiniz. Belə ki,məlumatlar düzgün olduğu halda bankomat sizə müvafiq məbləği veərəcəkdir.
Qeyd edək ki, kod 24 saat ərzində aktiv olur və pul göndərilən andan 24 saat müddətində bankomatdan məxaric edilmədiyi təqdirdə əməliyyat ləğv edilir.
Cash by Code üzrə bankların müəyyən etdiyi maksimal məbləğ, vəsaitin valyutası və komissyon haqları bir-birindən fərqlənir. Komissyon haqlarına əsasən köçürmə, nağdlaşdırma və konvertasiya üzrə komissyon haqları daxildir.
Cash by Code xidmətləri göstərən banklar:
Banklar | Köçürmə haqqı |
Xalq Bank | pulsuz |
Bank Respublika | pulsuz |
Bank Avrasiya | pulsuz |
Kapital Bank | 0.1%, min 0.5AZN/EUR/0.6USD |
Azərbaycan Beynəlxalq Bankı | 0.15%, min 0.6 AZN/EUR/GBP/0.75USD |
AGBank | 0.3%, min 0.5 AZN/USD |
Turan Bank | 0.3% (1%), min 0.8 (1) ş.v1 |
AtaBank | 0.4%, min 0.5 AZN/USD/EUR |
Bank Silk Way | 0.4%, min 1AZN/USD/EUR |
ParaBank | 0.5%, min 1 ş.v. |
Bank Technique | 0.7%, min 1.05AZN/EUR/1.25USD |
DəmirBank | 1%, min 1AZN |
Unibank | 1%, min 1AZN/USD/EUR/GBP |
Expressbank | 1%, min 1AZN/USD/EUR/GBP |
Bank BTB | 1.5%, min 0.45AZN/EUR/0.5USD |
Nikoil Bank | 1.5%, min 2.5 AZN/3.5USD/3.5EUR2 |
Muğanbank | - |
United Credit Bank | - |
- Turan Bank - Cash by Code üzrə xidmət haqqı Cirrus/Maestro kartları üzrə 0.3% (min. 0.8 ş.v.) və MasterCard Gold/Standard kartları üzrə isə 1% (min. 1 ş.v.) təşkil edir. Bununla yanaşı, Azəricard PM-nə daxil digər bankların ATM-dən edilən Cash by Code əməliyyatı üzrə komissyon isə 1% (min. 1 ş.v.) kimi müəyyən edilmişdir.
- Nikoil Bankın bankomatları vasitəsilə Cash by Code əməliyyatı üzrə xidmət haqqı 1.5% (2.50 AZN / 3.50 USD / 3.50 EUR), digər bankların ATM-ləri vasitəsilə isə 2.0% (2.50 AZN / 3.50 USD / 3.50 EUR) təşkil edir.
Bankomatdan istifadə qaydası ilə bağlı daha ətraflı məlumatı burdan ala bilərsiniz: Cash by Code nədir –pulu rahat göndərmək üsulu