"Carlsberg Azerbaijan”a yeni rəhbər təyin olunub | Banco.az

"Carlsberg Azerbaijan”a yeni rəhbər təyin olunub

“Carlsberg Group”un bir hissəsi olan Rusiyanın “Baltika” şirkətinin Sibir və Uzaq Şərq regionu üzrə logistika əməliyyatları və müştəri xidmətləri bölməsinin direktoru Vyaçeslav Maltsev “Carlsberg Azerbaijan”ın baş direktoru vəzifəsinin müvəqqəti icraedicisi təyin olunub. O, yeni öhdəliklərinin icrasına 2017-ci il sentyabrın 1-dən başlayacaq.

Bu barədə şirkətin məlumatına istinadən xəbər verilir.

Vyaçeslav Maltsev bu vəzifədə 2016-cı il mayın 1-dən etibarən iki şirkətin –“Carlsberg Azerbaijan” və “Carlsberg Kazakhstan”ın idarəetməsini birlikdə həyata keçirən Viktor Semakı əvəz edəcək. Semek indi “Carlsberg Kazakhstan”da rəhbərliyini davam etdirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni rəhbər Rusiyanın FMSG (tez dövr edən məhsullar) şirkətlərində 18 ildən artıq təcrübəyə malikdir. O, “Carlsberg Group”da işləməyə 2007-ci ildən “Baltika”da satışın genişləndirilməsi üzrə menecer kimi başlayıb. 2015-ci ilin iyulunda V.Maltsev şirkətin Sibir və Uzaq Şərq regionuna logistika əməliyyatları və müştəri xidmətləri bölməsinin direktoru təyin olunub. O, həmçinin “Nidan Juices" və “Coca-Cola” şirkətlərində çalışıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et