Cari ildə Ukraynada buğda istehsalı 21% azalacaq | Banco.az

Cari ildə Ukraynada buğda istehsalı 21% azalacaq

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ildə Ukraynada buğda istehsalı 21% azalacaq.

Banco.az xəbər verir ki, buğda istehsalının 16,5 milyon tona qədər azalacağı gözlənilir. Buğda istehsalı 2022-ci ildə 20,9 milyon tona çatıb. Həmçinin 2021-ci ildə ukraynalı fermerlər 33,01 milyon ton məhsul əldə edib.

Bundan başqa, Ukraynadan buğda ixracının 33% azalaraq 15 milyon tondan 10 milyon tona düşəcəyi proqnozlaşdırılır. Buğda ilə yanaşı, digər dənli bitkilərin istehsalının da 16% yəni 34,06 milyon tondan 28,67 milyon tona qədər azalacağı gözlənilir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et