Cari ildə smartfon bazarını nə gözləyir? | Banco.az

Cari ildə smartfon bazarını nə gözləyir?

Müəllif - Aida İsaq, Banco.az

Qlobal smartfon bazarının 2023-cü ildə daralacağı gözlənilir. 

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Data Korporasiyasının (IDC) hesabatında məlumat verilir. Bildirilir ki, 2024-cü ildə vəziyyət müsbətə doğru dəyişəcək. Cari ilin sonunda smartfon bazarında ucuzlaşmanın müşahidə olunacağı proqnozlaşdırılır. Beləliklə, qeyd olunur ki, tədarüklər 3,2% azalaraq 1,17 milyard ədəd təşkil edəcək. Bununla yanaşı, artıq 2024-cü ildə müvafiq bazarda canlanma hiss olunacaq.

Şirkətin rəhbəri Nabila Popal buna səbəb olaraq qlobal inflyasiyanı əsas gətirib. Eyni zamanda vitse-prezident Rayan Reitin sözlərinə görə, inkişafın daha çox qeydə alındığı bazar seqmenti qatlanan smartfonlar sektorudur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et