Cari ildə dünyada işsizlərin sayı ilə bağlı proqnoz açıqlanıb | Banco.az

Cari ildə dünyada işsizlərin sayı ilə bağlı proqnoz açıqlanıb

BMT-nin tərkibində olan Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization – ILO) yeni hesabatına görə, 2022-ci ildə dünyada işsizlərin sayı daha 21 milyon nəfər artaraq 207 milyona çatacaq.

Bu il işsiz əhalinin sayı COVID-19 pandemiyasından əvvəlki olan 2019-cu illə müqayisədə 11,3% artacaq. ILO özünün bu il üzrə olan proqnozunu COVID-19-un "Delta" və "Omicron" ştamlarının yayılmasına görə pisləşdirib.

Hesabatda qeyd edilir ki, adambaşına gəliri yüksək olan ölkələrin əmək bazarları daha sürətli bərpa olunur. Genderlərə gəldikdə, böhran qadınların məşğulluğuna kişilərdən daha çox zərbə vurub və bu təsir yaxın illərdə də hiss olunacaq.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et