Müəllif - Aida İsaq, Banco.az
Almaniyanın aparıcı iqtisadi mərkəzlərindən biri olan “Ifo” ölkə iqtisadiyyatı üçün 2023 və 2024-cü illərin proqnozlarını təsdiqləyib.
Banco.az xəbər verir ki, Almaniya iqtisadiyyatının keçən illə eyni səviyyədə olmasının gözlənildiyini bildirən şirkət ÜDM artımı proqnozunu -0,1 faiz səviyyəsində saxlayıb. İstehlakçı yönümlü sektorların yüksək inflyasiyadan əziyyət çəkdiyini və daraldığını bildirən şirkət istehsal fəaliyyətinin böyüməni dəstəkləyəcəyini proqnozlaşdırıb. Almaniya iqtisadiyyatının gələn il 1,7 faizlik daha güclü artım göstərəcəyi gözlənilir.
Şirkət ötən il 5,3 faiz səviyyəsində olan işsizlik nisbətinin bu il 5,4 faiz olacağını, gələn il isə 5,1 faizə düşəcəyini proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!