Canet Yellen tənəzzüllə bağlı açıqlama verib | Banco.az

Canet Yellen tənəzzüllə bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə naziri Canet Yellen ölkə iqtisadiyyatının tənəzzülə uğraması ehtimalının azaldığını deyib.

Banco.az xəbər verir ki, “Bloomberg” nəşrinə müsahibə verən nazir ABŞ iqtisadiyyatının cari vəziyyətini dəyərləndirib.

O, əmək bazarının gücünə və inflyasiyanın aşağı düşməsinə işarə edərək ölkə iqtisadiyyatının tənəzzülə girmə ehtimalının azaldığını vurğulayıb. Bununla belə, qeyd edib ki, inflyasiya ilə mübarizədə istehlak xərclərinin azaldılmasına ehtiyac var.

Fed-in 2022-ci ilin mart ayından bəri ümumilikdən 10 faiz artımına və gələcək potensial artımlara istinad edən Yellen, “FED-in pul siyasətini sərləşdirməsi ilə tənəzzül riskinin tamamilə aradan qaldırıldığını deyə bilmərəm”, deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et