Canet Yellen Dünya Bankının yeni prezidenti ilə görüş keçirib | Banco.az

Canet Yellen Dünya Bankının yeni prezidenti ilə görüş keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə naziri Canet Yellen Dünya Bankında prezident vəzifəsinin icrasına başlayacaq Ajay Banqa ilə görüş keçirib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Yellen nazirlikdəki görüş zamanı Banqanın prezident vəzifəsinə başlamasını səmimiyyətlə qarşılayıb.

Nazir bildirib ki, çoxtərəfli inkişaf banklarının təkamülündə əldə edilmiş güclü irəliləyişləri daha da təkmilləşdirmək üçün Banqa ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdırlar. Yellen həmçinin Banqaya ümumi qlobal inkişaf məqsədləri üçün səfərbər olunan özəl kapitalın həcminin yaxşılaşdırılması və artırılması, o cümlədən biznes modelinin təkmilləşdirilməsi də daxil olmaqla bir sıra məsələlər barədə məlumatlar verib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ayın əvvəlində Dünya Bankının İcraçı Direktorlar Şurası ABŞ tərəfindən irəli sürülən namizəd Ajay Banqanı bankın 14-cü prezidenti seçmişdi. 5 il müddətinə seçilən Banqa sabahdan etibarən vəzifəsinin icrasına başlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et