CalcHouse.com – Evinizin Onlayn Təmir Kalkulyatoru | Banco.az

CalcHouse.com – Evinizin Onlayn Təmir Kalkulyatoru

Calchouse.com (Esmeta.az) - Seçdiyiniz materiallar və evinizin parametrlərinə uyğun fərqli şirkətlərin təklif etdiyi ətraflı smeta göstəricilərini ala və sizə ən uyğun olanını sifariş verə biləcəyiniz onlayn təmir kalkulyatorudur.

Ev təmirində yenilik  – İndi evini təmir etdirmək istəyən hər kəs təmir xərclərini özü çox rahatlıqla və vaxt itirmədən hesablaya biləcək. Azərbaycanın onlayn məkanında 2013-cü ildən fəaliyyət göstərən və ilk dəfə olaraq ev təmiri xərclərini hesablayan “mənzil  təmiri kalkulyatoruesmeta.az yenilənərək daha funksional və geniş imkanlarla calchouse.com adı ilə yenidən sizlərin istifadəsinə verildi. Sadəcə 3 addımda mənzil parametrlərini qeyd edib çox rahatlıqla təmir smetası pulsuz hesablaya bilərsiniz.

Həmçinin, vaxtınıza qənaət etmək üçün sürətli təmir kalkulyatoru ilə sadəcə ümumi otaqlarınızın sahəsini qeyd edərək 3 fərqli təmir üslubunda smeta göstəriciləri ala və sifariş verə bilərsiz.

Artıq vətəndaşlar təmirə başlamadan öncə öz gələcək xərclərini  hesablayıb, eyni zamanda, qeyri-peşəkər ustalarla üzləşmək və şişirdilmiş xərclər riskini minimuma endirəcəklər.  Evinizin təmir xərclərini hesablamaq üçün sadəcə sayta daxil olaraq kalkulyatorun birinci və ikinci addımlarında xanaları ardıcıl doldurmalısız. Kalkulyator istifadə olunan materiallardan, evin sahəsindən və digər parametrlərdən asılı olaraq iş həcmini və təmir xərclərini və digər xərcləri xırdalığına qədər necə dəyişdiyini görməyə imkan verir. Onlayn təmir kalkulyatoru vasitəsilə siz zövqünüzə uyğun döşəmə, tavan, santexnika, elektrik və digər  materialları seçməklə təmirə xərclənəcək vəsaiti dəqiq öyrənə bilərsiniz.

Onlayn servisimizdən ay ərzində minlərlə istifadəçi faydalanır.  Qeyd edək ki, “Esmeta” müştərilərinə  rəsmi zəmanət təqdim edən təmir-dizayn şirkətləri və tikinti materialları təchizatçıları  ilə əməkdaşlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

Gələcək planlarda  təmir-dizayn şirkətlərinin hazır layihələrində evin smetasının çertyoj vəziyyəti, görünüşü (fotoları) və istifadə edilən materiallar əks olunan hazır layihə bölümüdə əlavə olunacaq. Nəticədə axtardığınız ölçülər və tələblərə uyğun  hazır layihələr ilə tanış olaraq sifariş verə bilərsiniz.

Həm ətraflı təmir kalkulyatoru, həm də sürətli təmir kalkulyatoru ilə sizin istifadənizi rahatlaşdırmaq və artırmaq məqsədi ilə, yekun smeta göstəricilərini həm PDF olaraq yükləmək, həm də, bir başa hansısa bir e-mail vasitəsi ilə göndərmək imkanlarını da əlavə etmişdir və, daha da funksionallıqlarını genişləndirəcəkdir. Əsas məqsəd, istifadəçilərin təmir ilə bağlı bütün işlərdə ən birinci köməkçisi olmaq və işini asanlaşdırmaqdır.

CalcHouse.com onlayn təmir kalkulyatoru daim inkişaf üçün  Next Step Innovation Center-də inkubasiya proqramında iştirak edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et