Cahangir Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib | Banco.az

Cahangir Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

APA-nın əldə etdiyi məlumata görə, C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib. 

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur. 

C. Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb. 

Ən sərfəli kredit üçün müraciət et

***

16:47

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.

Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.

Məlumata görə,  C. Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.