"BVF və Dünya Bankının kapitalı artırılmalıdır" | Banco.az

"BVF və Dünya Bankının kapitalı artırılmalıdır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Berlin Qlobal Dialoq proqramı çərçivəsində təşkil edilən paneldə Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel çıxış edib.

Banco.az xəbər verir ki, çıxış əsnasında Çarlz Mişel bildirib ki, yeni qlobal maliyyə sazişinə ehtiyac var və Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi qurumların kapitalı artırılmalıdır.

“Yeni Bretton Woods-a təcili ehtiyac var. Bizə yeni qlobal maliyyə sazişi lazımdır”, deyən Bretton Woods institutlarına bütün nəzarətin G7 ölkələrində olduğunu dilə gətirib.

Mişel Bretton Woods institutlarının 60 il əvvəl təsis edildiyini və bu gün dünyanın çox fərqli bir struktura çevrildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Mişel vurğulayıb ki, BVF və Dünya Bankı mövcud kapital məbləğlərini nəzərə alaraq öz imkanlarını maksimum səviyyəyə qaldırmalı və kapital artımını mütləq nəzərə almalıdırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et