BVF Ukrayna üçün 880 milyon dollarlıq tranşın ayrılmasını təsdiqləyib | Banco.az

BVF Ukrayna üçün 880 milyon dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Müəllif:Mehin Qasımova/Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) uzadılmış kreditləşmə mexanizmi çərçivəsində Ukraynaya növbəti tranşın ayrılmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, BVF-nin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki,saziş Kiyevə 880 milyon dollar məbləğində tranşın ayrılmasını nəzərdə tutur.

Sənəddə vurğulanır ki, sazişlər BVF rəhbərliyi və İdarə Heyəti tərəfindən təsdiqlənməlidir.  

BVF nümayəndələri yaydıqları bəyanatda Ukrayna iqtisadiyyatının “güclü artımının müsbət dinamikasını” qeyd ediblər. Eyni zamanda, təşkilat etiraf edib ki, Ukrayna iqtisadiyyatının cari il üçün inkişafı ilə bağlı proqnoz “son dərəcə qeyri-müəyyən” olaraq qalıb.

Dörd illik uzadılmış kreditləşdirmə proqramı çərçivəsində əvvəlki 900 milyon dollarlıq tranş ötən ilin dekabrında icraçı direktorlar şurası tərəfindən təsdiq edilib. Fond bundan əvvəl bu mexanizm üzrə Ukrayna üçün 15,6 milyard dollar məbləğində maliyyələşmə ilə dördillik proqramı təsdiqləyib. 2,7 milyard dollarlıq birinci tranş aprelin 3-də Ukrayna dövlət büdcəsinin ümumi fonduna daxil olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et