BVF Ukrayna iqtisadiyyatı üçün vəsait ayırıb | Banco.az

BVF Ukrayna iqtisadiyyatı üçün vəsait ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın Potensial İnkişaf Fondunun (UCDF) rəsmi fəaliyyətə başladığını bildirib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna hökumətinin iqtisadi islahat proqramını dəstəkləmək üçün texniki yardım və təlimlərin artırılması üçün resurslar təqdim edəcək yeni inam fondunun yaradılmasını elan edib.

BVF-in mövzu ilə bağlı bəyanatında deyilir ki, yeni inam fondu Ukrayna hökumətinin iqtisadi islahatlar gündəliyini dəstəkləmək üçün texniki yardım və təlimlərin artırılması üçün əhəmiyyətli resurslar verəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, fondun iş planında əsas diqqət hakimiyyətin iqtisadi və maliyyə islahatları gündəliyinin əsas istiqamətlərinə yönəlib. Bildirilib ki, bunlara maliyyə islahatları, pul siyasəti, maliyyə sektoru siyasəti, maliyyə bütövlüyünün gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə, məlumatların toplanması və yayılmasının gücləndirilməsi, makroiqtisadi çərçivələr daxilində ölkə üzrə xüsusi təlim və texniki yardım daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda ilk fəaliyyət planının 27,5 milyon dollar olduğu və 65 milyon dollarlıq hədəfə nail olunmasının gözlənildiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et