BVF Türkiyənin 2023-cü il üzrə artım proqnozunu yüksəldib | Banco.az

BVF Türkiyənin 2023-cü il üzrə artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF Türkiyənin 2023-cü il üzrə artım proqnozunu qaldırıb.

Banco.az xəbər verir ki, BVF tərəfindən dərc edilən “Dünya İqtisadi Görünüş” hesabatında Türkiyənin 2023-cü il üzrə artım proqnozu 0,3 faiz bəndi artırılaraq 3 faizə çatdırılsa da, 2024-cü il üzrə artım proqnozu 2,8 faizə endirilib.

BVF son aylarda ABŞ-ın borc limiti probleminin həlli, İsveçrə və ABŞ-ın bank sektorlarındakı müflisləşmələr kimi böhran risklərinin azaldığını əsas gətirərək cari il üzrə qlobal artım proqnozunu 2,8 faizdən 3 faizə qaldırıb. Qurum 2024-cü il üzrə olan proqnozunu isə dəyişməyərək 3 faiz səviyyəsində saxlayıb.

Qeyd edək ki, BVF həmçinin 2023-cü il üzrə qlobal inflyasiya proqnozunu 7 faizdən 6,8 faizə endirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et