BVF Şurası Ukraynaya 1,1 milyard dollar ayrılmasını təsdiqləyib | Banco.az

BVF Şurası Ukraynaya 1,1 milyard dollar ayrılmasını təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq Valyuta Fondunun İcraçı Direktorlar Şurası 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Kredit Proqramı (EFF) çərçivəsində Ukraynaya 1,1 milyard dollarlıq növbəti tranşın ayrılmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə fondun yazılı açıqlamasında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Sənəddə qeyd olunur ki, BVF İdarə Heyəti Ukrayna üçün Genişləndirilmiş Kredit Mexanizminin altıncı baxışını başa çatdırıb ki, bu da büdcə dəstəyinə təxminən 1,1 milyard dollar ekvivalentinin ayrılmasına imkan verəcək.

Maliyyə qurumunun məlumatına görə, Ukrayna iqtisadiyyatı sabitlik nümayiş etdirməkdə davam edir və ölkə hakimiyyəti fondun müəyyən etdiyi struktur islahatları üçün bütün hədəflərə və meyarlara nail olub.