"BVF sonu çatmış bir təşkilatdır" | Banco.az

"BVF sonu çatmış bir təşkilatdır"

Rusiyanın ən böyük dövlət bankı "Sberbank"ın sədri Herman Gref, Beynəlxalq Valyuta Fondunun bitmiş (sonu çatmış) bir təşkilat olduğunu deyərək heç bir qurumun Beynəlxalq Valyuta Fonduna təslim olmaması lazım olduğunu söyləyib.

Beynəlxalq Ali Audit Qurumları Təşkilatı (INTOSAI) 72-ci iclasını Rusiyanın paytaxtı Moskvada keçirir. 23-29 Sentyabr tarixləri arasında keçirilən iclaslarda ölkələrin əhəmiyyətli maliyyə mütəxəssisləri və dövlətlərin mühüm diplomatları iştirak edir.

Toplantıda çıxış edən "Sberbank"ın sədri Herman Gref, Beynəlxalq Valyuta Fondu (BVF) ilə bağlı açıqlamalar verib. BVF-nin siyasətlərini tənqid edən Gref, "BVF haqqında çox şey demək istəmirəm. Onsuz da bitmiş vəziyyətdədir. Özlərini ifadə etmə qabiliyyətinə malik deyillər. Öz özlərindən islahatlar hazırlayırlar. Məncə, BVF qətiyyən bitmiş bir təşkilatdır", - ifadələrini istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

BVF-nin heç bir ölkəyə və təşkilata fayda verməyəcəyini deyən Gref, "Heç bir ölkə və təşkilatlara BVF-yə asılı olmamalarını tövsiyə edirəm. Siyasətlərində heç bir dəyişiklik olmadığı üçün onların sizə heç bir faydası olmayacaq" deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et