Müəllif - Aida İsaq, Banco.az
2023-cü ildə qlobal ÜDM artımı 2%-dən az ola bilər.
Banco.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib. Onun sözlərinə görə, təmsil etdiyi təşkilatın 2023-cü il üzrə qlobal iqtisadi artım proqnozu müsbət istiqamətdə deyil.
Georgieva oktyabrda BVF-nin gələn il üçün qlobal iqtisadi artım proqnozlarını 2,7%-ə endirdiyini xatırladıb. O, bunu Ukraynada davam edən müharibə ilə eyni zamanda Avropa, Çin və ABŞ iqtisadiyyatında müşahidə olunan yavaşlama ilə əlaqələndirib.
Fondun rəhbərinin oktyabrın birinci yarısında açıqladığı məlumatlara əsasən, 2022-ci il üçün artım tempinin 3,2%, 2023-cü ildə isə təxminən 2,9% səviyyəsində olacağı qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!