Müəllif - Aida İsaq, Banco.az
Günümüzdə qloballaşan iqtisadiyyatın ayrı-ayrı bloklara ayrılması riskləri artır.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Brüsseldə keçirilən forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, belə bir ssenari ölkələrin böyük əksəriyyəti üçün zərərli olacaq. Bu isə getdikcə qlobal maliyyə sektorunun riskli nəticələrlə üzləşməsi deməkdir.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bir sıra ölkələrin xarici ödənişlərdə ABŞ dollarından tədricən imtina etdiyini açıqlayıb. O, bu vəziyyətin dolların aparıcı valyuta olmaq mövqeyini qorumağa davam etməsi fonunda bir o qədər də narahatlıq doğurmadığını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!