BVF qlobal mərkəzi bank rəqəmsal valyuta platforması hazırlığındadır | Banco.az

BVF qlobal mərkəzi bank rəqəmsal valyuta platforması hazırlığındadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva qlobal mərkəzi bank rəqəmsal valyuta (CBDC) platforması konsepsiyası üzərində işlədiklərini bildirib.

Banco.az xəbər verir ki, Georgieva bu barədə Mərakeşin paytaxtı Rabatda keçirilən mərkəzi bankların rəqəmsal valyutalarına həsr olunmuş konfransdakı çıxışında qeyd edib.

Georgieva bildirib ki, onlar rəqəmsal inqilabın yaratdığı böyük transformasiyadan xəbərdardırlar.

Georgieva həmçinin vurğulayıb ki, siyasətçilər tez bir zamanda hərəkətə keçməsələr, çox güman ki, fürsətlər əldən veriləcək ki, bununla da gələcək üçün yeni risklər yarana bilər.

O qeyd edib ki, BVF olaraq onlar qlobal mərkəzi bank rəqəmsal valyutaları üzərində işləyirlər, lakin bir çox şeyin hələ də həll edilmədiyi mərhələdədirlər.

Ən sərfəli kredit üçün müraciət et

Dünya üzrə bir çox mərkəzi bankın məsələ ilə məşğul olduğuna diqqət çəkən Georgieva hazırda 114 mərkəzi bankın araşdırma mərhələsində olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et