BVF qlobal iqtisadiyyatın bərpasına 650 mlrd. dollar ayırıb | Banco.az

BVF qlobal iqtisadiyyatın bərpasına 650 mlrd. dollar ayırıb

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın COVID-19 pandemiyasından sonra bərpası üçün 650 mlrd. ABŞ dollar ayrılmasını təsdiqləyib.

Vəsaitin bölgüsü avqustun 23-dən başlayacaq, xüsusi borcalma hüquqları fondun bütün üzvlərinə kvotalarına uyğun nisbətdə veriləcək.

BVF-dən bildirilib ki, inkişaf etməkdə olan bazarlar və aşağı gəlirli ölkələr üçün təxminən 275 mrld. dollar ayrılıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram