BVF qlobal iqtisadi artım proqnozunu yüksəldib | Banco.az

BVF qlobal iqtisadi artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF qlobal iqtisadi artım proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi artım proqnozunu bu il üçün 3%-dən 3,2%-ə qaldırıb, gələn il üçün isə 3,1% səviyyəsində saxlayıb.

Təşkilat oktyabr ayı üçün hazırladığı “Dəyişən Qlobal İqtisadiyyat: Gözləntilər Zəif Qalmağa Davam Edir” adlı Dünya İqtisadi Perspektivlər Hesabatını yayımlayıb.

Hesabatda bildirilir ki, qlobal iqtisadi artımın 2024-cü ildəki 3,3%-dən 2025-ci ildə 3,2%-ə, 2026-cı ildə isə 3,1%-ə enəcəyi proqnozlaşdırılır.

BVF iyul ayında dünya iqtisadiyyatı üçün 2024-cü il üzrə 3% artım gözləyirdi, lakin yeni hesabatda bu göstərici yuxarı istiqamətdə yenilənib. 2026-cı il üçün proqnoz isə dəyişməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram