BVF qlobal iqtisadi artım proqnozunu açıqlayıb | Banco.az

BVF qlobal iqtisadi artım proqnozunu açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) cari ilin qlobal iqtisadi artım proqnozunu dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) “Qlobal İqtisadi Perspektivlər Hesabatı”nın iyul buraxılışını “Dünya iqtisadiyyatı çətin vəziyyətdədir” başlığı ilə dərc edib.

Hesabatda qlobal iqtisadiyyatın 2024-cü ildə aprel ayında irəli sürülən proqnozlara uyğun olaraq 3,2 faiz artacağı qeyd edilib.

BVF-in hesabatında bildirilib ki, gələn il isə qlobal iqtisadiyyatın 3,3 faiz artacağı gözlənilir. Fondun aprel ayı üzrə proqnozlarında qlobal iqtisadiyyatın 2025-ci ildə 3,2 faiz artacağı proqnozlaşdırılırmışdı.

Hesabatda qeyd olunub ki, xidmətlər üzrə inflyasiya deinflyasiya prosesini ləngidir və bu, pul siyasətinin normallaşdırılmasını çətinləşdirir. Burada həmçinin artan ticarət gərginliyi və siyasət qeyri-müəyyənliyi fonunda inflyasiyanın yuxarı istiqamətli risklərinin və faiz dərəcələrinin daha uzun müddət yüksək qalma ehtimalının artdığı ifadə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda vurğulanıb ki, bu riskləri idarə etmək və artımı qorumaq məqsədilə monetar siyasət tədbirlərinin qiymət sabitliyini təmin etmək istiqamətində formalaşması zəruridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et