BVF Pakistanın 3 milyard dollarlıq iqtisadi proqramını təsdiqləyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BVF Pakistanın 3 milyard dollarlıq iqtisadi proqramını təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Pakistanla daha əvvəl razılaşdırılmış və 3 milyard dollarlıq maliyyə yardımını nəzərdə tutan iqtisadi proqramı təsdiqləyib.

Banco.az xəbər verir ki, ABŞ-da yerləşən BVF-in Direktorlar Şurası dünən Pakistana 3 milyard dollarlıq maliyyə yardımının daxil olduğu 9 aylıq “Stand-By” sazişini qəbul edib.

Pakistanın iqtisadi islahat proqramına daxil olacağı bu sazişə görə, nəzərdə tutulan məbləğin 1,2 milyard dollarının əvvəlcədən ödəniləcəyi, yerdə qalan məbləğin isə 9 ay ərzində ödəniləcəyi bildirilir.

"Pakistanın iqtisadi islahat proqramı iqtisadiyyatı sabitləşdirmək və şoklardan qorunmaq üçün təcili səyləri dəstəkləmək və Pakistan xalqına kömək etmək məqsədilə sosial və inkişaf xərcləri üçün yer açmaq məqsədi daşıyır", açıqlamada deyilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram