BVF rəhbərliyi yarışında Karney favorit göstərilir
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde), Çərşənbə günü Brüsseldə keçirilən toplantıda 31 Oktyabrda vəzifə müddəti başa çatacaq AMB Sədri Mario Draghinin yerinə namizəd göstərilib.
Kristin Laqarddan sonra, İngiltərə Mərkəzi Bankının (BoE) sədri Mark Karney (Mark Carney) növbəti BVF sədrliyi üçün onlayn mərc edənlərə görə favorit göstərilir.
“Betway”ə görə, Yanvar ayında vəzifə müddəti başa çatan və Kanada vətəndaşı olan Mark Karneyin, Kristin Laqarddan boşalacaq Beynəlxalq Valyuta Fondu sədrliyi üçün ən güclü namizəd olduğu istiqamətində fikirlər güclənir.
Hindistan Mərkəzi Bankının keçmiş sədri Raghuram Rajanın Mark Karneyin yerinə gələcəyi hesab edilən namizədlərdəndir. İngiltərənin keçmiş Maliyyə naziri Corc Osborne və Fed-in keçmiş sədri Janet Yellen dənamizədlər arasında göstərilir.
Laqarddan boşalacaq kreslo üçün potensial digər namizədlər: Beynəlxalq Ödəmələr Bankının Prezidenti (Bank for International Settlements - BIS) Agustin Carstens, Singapur Monetar Şurasının sədri Tharman Shanmugaratnam, Credit Suisse Group AG-nin icracı direktoru Tidjane Thiam və Pacific Investment Management Co.-nun Eski keçmiş İcraçı Direktoru və Bloomberg müəllifi Mohamed El-Erian.
Marja