BVF-nin missiyası Bakıda! | Banco.az

BVF-nin missiyası Bakıda!

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası 2015-ci il dekabrın əvvəlində BVF Sazişlər Maddəsinin IV maddəsi üzrə Azərbaycanla illik məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələcək.

Banco-nun Trend-ə istinadən yaydığı məlumata görə, bunu mətbuat konfransında BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan Mərkəzi Bankının qızıl valyuta ehtiyatlarının azalmasına baxmayaraq, vəziyyətin sabitləşdiyi müşahidə edilir: “Düşünürük ki, hökumət öz qızıl valyuta ehtiyatlarını qoruyub saxlaya biləcək. Buna, həmçinin IV maddə çərçivəsində BVF-nin qiymətləndirici missiyasının məsləhətləri və tövsiyələri səbəb olub”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, R.Almarzoqinin başçılığı altında BVF-nin missiyası iyunun 1-dən Bakıdadır. Səfər çərçivəsində hökumət, QHT nümayəndələri, diplomatik missiyalar və başqaları ilə müzakirələr aparılıb.