Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva ticarət maneələrini aradan qaldırmağa və yoxsul ölkələrin borc yükünü yüngülləşdirməyə çağırıb. Banco.az xəbər verir ki, o bu fikirləri Balidə keçirilən G20 sammiti zamanı səsləndirib.
Onun sözlərinə görə, dünya "COVID-19" pandemiyasının fəsadlarından, Ukraynadakı hərbi vəziyyətin və bütün qitələrdə müşahidə olunan qlobal iqlim problemlərindən əziyyət çəkir. Bu, qiymətlərin bahalaşmasına və iqtisadı şərtlərin sərtləşməsinə səbəb olub.
K.Georgiyeva eyni zamanda, G20 sammitində iştirak edən ölkələrin qlobal iqtisadiyyatı müsbət istiqamətə doğru dəyişdirmək gücündə olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!