BVF Mərakeşə 1,3 milyard dollar kredit dəstəyi verəcək | Banco.az

BVF Mərakeşə 1,3 milyard dollar kredit dəstəyi verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üçün Mərakeşə 1,3 milyard dollar kredit ayıracaq.

Banco.az xəbər verir ki, BVF sədri Kristalina Georgieva Mərakeşin iqlim dəyişikliyi ilə mübarizəsi üçün ekspertlər səviyyəsində imzalanan kredit müqaviləsini açıqlayıb.

Bu barədə Mərakeşin rəsmi xəbər agentliyi MAP xəbər yayıb.

Kreditin həyata keçirilməsi üçün BVF-nin direktorlar şurasının təsdiqi lazımdır.

Qeyd edək ki, BVF və Dünya Bankının oktyabrın 9-15-də zəlzələnin baş verdiyi Mərakeşdə keçirməyi planlaşdırdıqları illik iclaslarında bu məsələnin müzakirə ediləcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram