BVF: "Maliyyə sektorunda sabitləşmə baş tutacaq" | Banco.az

BVF: "Maliyyə sektorunda sabitləşmə baş tutacaq"

"Azərbaycan öz rəsmi qızıl və valyuta ehtiyatlarını qoruya biləcək"

Banco Apa.az saytına istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Hökumətin valyuta məzənnəsi siyasətinin ikili valyuta səbəti əsasında formalaşdığını deyən R. Almarzoqi qeyd edib ki, bu valyuta səbətində dollar əsas paya malikdir: "Fikrimizcə, devalvasiyadan öncə və sonra dövlət ehtiyatlarının, qızıl, valyuta ehtiyatlarının həcmi azalıb. Lakin son zamanlar artıq burda da sabitləşmə müşahidə edilir. Fikrimizcə, dövlət öz qızıl, valyuta ehtiyatlarının qoruya biləcək. Düşünürük ki,  hökumət tərəfindən görülən bütün tədbirlər, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi üzrə missiyanın verdiyi tövsiyələr tətbiq edildikdən sonra maliyyə sektorunda sabitləşmə baş tutacaq və maliyyə sektorunun canlanmasının şahidi olacağıq".

Ən sərfəli kredit üçün müraciət et