BVF dünya iqtisadiyyatının ilin sonuna doğru bərpa olunacağını gözləyir | Banco.az

BVF dünya iqtisadiyyatının ilin sonuna doğru bərpa olunacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal iqtisadiyyatın bərpası ilin sonuna doğru reallaşa bilər.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva qlobal iqtisadi artımın bu ilin sonuna doğru bərpa olunacağını proqnozlaşdırıb.

Georgieva keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

Qlobal artımda müşahidə edilən azalmaların sona çata biləcəyini bildirən Georgieva gələn il iqtisadi artımın daha da sürətlənə biləcəyinə dair nikbinliyini dilə gətirib.

O, BVF-nin 2023-cü il üzrə 2,7 faizlik artım proqnozunu aşağı salmasının gözlənilmədiyini vurğulayaraq, "2023-cü ilin sonuna doğru, ümid varıq ki, 2024-cü ildə daha yüksək böyümə yoluna doğru tendensiyanın tərsinə dönəcəyini gözləyirik", deyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et