BVF-dən Ukraynaya dəstək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BVF-dən Ukraynaya dəstək

Beynəlxalq Valyuta Fondunun (IMF) Prezidenti Kristin Laqarde Ukraynaya 17,5 milyard dollar kredit veriləcəyini açıqlayıb.

Belçikanın paytaxtı Brüsseldə açıqlama verən xanım Laqarde kreditin Ukrayna hökumətinin yeni iqtisadi islahatlarını reallaşdırmasına dəstək üçün verildiyini deyib. Fond rəhbərinin sözlərinə görə, BVF-nin ayırdığı bu kredit ölkənin qısa müddətdə özünü toparlamasına yardımçı olacaq.

Proqramın müvəffəqiyyətli olacağına inandığını dilə gətirən Laqarde Ukrayna iqtisadiyyatının tam çökmədiyini vurğulayıb.

Xatırladaq ki, BVF ümumilikdə qarşıdan gələn 4 il ərzində Ukraynaya 40 milyard dollar kredit verməyi planlaşdırır.

xezerxeber.com