BVF Böyük Britaniya ilə bağlı proqnozunu yeniləyib | Banco.az

BVF Böyük Britaniya ilə bağlı proqnozunu yeniləyib

Müəllif - Aida İsaq, Banco.az

Beynəlxalq Valyuta Fondu Böyük Britaniya iqtisadiyyatı üçün 2023-cü ildə tənəzzül proqnozunu dəyişdirib.

Banco.az xəbər verir ki, sözügedən ölkə iqtisadiyyatının 2023-cü ildə 0,3 faiz daralacağını proqnozlaşdıran BVF, ötən aykı proqnozunu 0,4 faiz artımla əvəzləyib. BVF gözləntilərin yenidən nəzərdən keçirilməsi zamanı müsbətə doğru dəyişimi maaşların adi haldan daha sürətli artımıyla əlaqələndirib.

Qeyd edək ki, BVF 2024-cü il üçün 1 faiz, 2025 və 2026-cı illər üçün isə 2 faiz artım proqnozlaşdırıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram