Müəllif: Gülnar Əhmədli, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın ortamüddətli perspektivdə (2024-2028-ci illərdə) iqtisadi artım tempinin 2,3% olacağını proqnozlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına (2023-cü ilin 16 noyabrında) əsaslanan qiymətləndirməsində qeyd edilib.
Proqnoza görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 4,7%-dək azalacaq. 2025-ci ildə 5%, 2026-cı ildə 4,5%, 2027-2028-ci illərdə isə 4% təşkil edəcək.
Yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqenin ticarət profisiti və davamlı xarici ehtiyatların artması ilə güclü qalacağı proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!