BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb | Banco.az

BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb

2021-ci ildə Azərbaycan üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün 76,4 dollar olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) regional iqtisadi hesabatında bildirilir.

Proqnoza əsasən, 2022-ci ildə Azərbaycan üçün bu göstərici 66,1 dollar/barel olacaq.

Qeyd edək ki, bundan əvvəlki proqnozda ölkə üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün müvafiq olaraq 82,5 və 66,4 dollar təşkil edirdi.

Eyni zamanda 2021 və 2022-ci illərdə Azərbaycan üçün xarici ticarət üzrə neftin fiskal itkisiz qiymətləri müvafiq olaraq 94,4 dollar/barel və 94,6 dollar/barel səviyyəsində proqnozlaşdırılır.

BVF-nin qiymətləndirməsinə əsasən, 2020-ci ildə Azərbaycan üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün 65,1 dollar, xarici ticarət üzrə neftin fiskal itkisiz qiymət isə 62,6 dollar təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et