BVF Asiya iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib | Banco.az

BVF Asiya iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib

Beynəlxalq Valyuta Fondu (BVF) Asiya regionunun iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib.

Regionda ÜDM istehsalının 2,2% azalacağı gözlənilir, halbuki əvvəlki proqnozda azalma tempi 1,6% olacağı deyilirdi.

Koronavirus pandemiyası səbəbindən həm maliyyə, həm də iş proseslərində ümumi azalma fonunda Asiya iqtisadiyyatının azalmasının davam edəcəyi vəd olunur. Ən çətin vəziyyət Hindistan, Filippin və Malayziyada müşahidə olunur. BVF-nin məlumatına görə, Hindistan və Filippin cari ilin II rübündə iqtisadi fəaliyyətin ən kəskin azalmasını yaşayıb.

Fond 2020-ci maliyyə ilində (31 mart 2021-ci il tarixində bitir) Hindistan iqtisadiyyatının 10,3%, Filippin iqtisadiyyatının 8,3%, Malayziya iqtisadiyyatının isə 6% azalacağını gözləyir.

Regionda yalnız Çin ÜDM-nin artacağı gözlənilir – 2%. Çin iqtisadiyyatı daşınmaz əmlaka yatırılan investisiyalar və tibbi ləvazimatlar, qoruyucu vasitələr, antiseptiklər və məsafədən işləyən avadanlıqlara yüksələn tələbata görə ixracın artımı sayəsində inkişaf edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et